BAKI ŞƏHƏRİNDƏ YAŞAYIŞ BINALARININ İNTENSİV TİKİNTİSİ              ŞƏRAİTİNDƏ  XX ƏSRIN YENİ ŞƏHƏRSALMA ESTETİKASININ YARANMASI

                 İsbatov İlqar Aydın oğlu– m.ü.f.d., dosent, Memarlığın əsasları kafedrası, AzMİU,isbatov@mail.ru

Xülasə. Məqalədə tədqiq olunan dövrdə küçə şəbəkəsinin və məhəllələrin xassələrinin kəmiyyətcə qiymətləndirilməsindən ibarət olan yerli ərazinin landşaft şəraitini və şəhərsalma inkişafının xüsusiyyətlərini nəzərə alan, şəhərsalma irsi obyektlərinə malik olan şəhər ərazisinin yenidən qurulma prinsipləri əsasında formalaşmış ərazilərin yenidən qurulmasına və yenidən təşkilinə yanaşma nəzərdən keçirilir. Tədqiqatın məqsədi ərazinin təşkilinin nizama salınması və optimallaşdırılması üçün relyefin xüsusiyyətləri nəzərə alınmaqla ərazinin memarlıq- planlaşdırma təşkilini, şəhərsalma qovşağının funksional tamlığını təklif etməkdir. Tədqiqatın vəzifələri tikintinin sıxlığını, nəqliyyat infrastrukturunu, ərazinin, relyefin mədəni, sosial- iqtisadi xüsusiyyətlərini təhlil etməkdən ibarətdir. Tarixən təşəkkül tapmış morfotipin qorunub saxlanılması və uyğunlaşdırılması nəzərə alınmaqla ərazinin renovasiyası üçün layihə təklifi və tikintinin mövcud plan- məkan təşkilinin tərifi verilir.

Açar sözlər: şəhərsalma estetikası, şəhər məhəllələri, şəhərlərin tikintisi, planlaşdırma, memarlıq- məkan təşkili, mərkəzi ansambl

;