SAMSUN ŞƏHƏRİNİN TARİXİ MÜHİTİNİN QORUNMASI PROBLEMLƏRİ VƏ HƏLLİ YOLLARI

         Mustafa Bayram Bekir– doktorant, Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrası, AzMİU, mustafabayram01@hotmail.com

Xülasə. Samsunşəhəri Qara dəniz sahilində qədim bir qəsəbə kimi uzun bir tarixi və mədəni keçmişə malikdir. Lakin 1950- ci ildə baş verən sürətli urbanizasiya və modernləşmə nəticəsində şəhərin keçmişinə aid tarixi və mədəni sərvətlərin əhəmiyyətli bir hissəsi məhv edilmişdir. Məqalədə Samsun şəhərinin tarixi irsinin qorunması, konservasiya problemləri və onların şəhərin müasir həyatında rolu müzakirə edilmiş və təkliflər irəli sürülmüşdür.Məlumdur ki, şəhərlərdə tarixi qurğuların qorunub saxlanması şəhərin turizm potensialını xeyli artırır. Bununla belə, məqalədə tarixi tikililərin (turizm, ənənəvi ticarət və sənətkarlıq, yaşayış, mehmanxana, yataqxana və s.) qorunmasını asanlaşdıracaq üsulların təşviqi və onlardan istifadənin məkan planlaşdırılması ilə müəyyən edilməsi təklif edilir. Tədqiqatda Samsun şəhərinin tarixi və mədəni özünəməxsusluğu üçün mühüm əhəmiyyət kəsb edən tarixi tikililər və bu abidələrin şəhərin davamlı inkişafı çərçivəsində qorunması müzakirə edilir. Sonda belə nəticəyə qəlmək olar ki, şəhərdəki tarixi binaların bərpası və yenidən istifadəyə verilməsi onların turizm baxımından potensial dəyərini üzə çıxaracaq.

Açar sözlər: abidə, tarixi şəhər, ictimai mərkəz, memarlıq obraz, rekonstruksiya, park

;