QUBA ŞƏHƏRİNİN YÜKSƏK DAĞLIQ KƏNDİ OLAN XINALIĞIN MEMARLIĞI

Balakişiyev İlqar Mövlud oğlu- m.ü.f.e.n., baş müəllim, Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrası, AzMİU, ilqar-1980@mail.ru

Xülasə. Söz yox ki, müəllifin məqalədə bu mövzuya müraciət etməsi, Xınalığın memarlığının elmi cəhətdən dərindən öyrənmək istəyi onun doğma Azərbaycanmızın Şimal qapısı sayılan Quba torpağı ilə sıx bağlı olması və elinə,obasına olan hədsiz məhəbbətidir. Yəqin ki, elə bu sevgi onu atababasının doğulub boya başa çatdığı vətənimizin füsunkar guşəsi olan Qubanın və onun ətrafında olan şimal- şərq bölgələrinin tarixini və memarlıq abidələrini öyrənməyə sövq etmişdir. Xınalıq kəndinin qədim tarixi var. Xınalıq ilk dəfə bura düşən insanı öz gözəl və təkrar olunmaz memarlığı və təbiəti ilə heyran edir. Bu gün kəndin memarlıq abidələrinin ən vacib və çətin problemi dini abidələrin eləcə də yaşayış evlərinin saxlanılması məsələsidir. Bu kəndin inkişafında yaranmış və mühüm rol oynayan çoxlu memarlıq abidələri və xalq yaşayış evləri var. Ancaq bu abidələrin bir qismi zaman keçdikcə unudularaq yaddaşlardan silinir,bir qismi isə təbii qüvvələrin və başqa amillərin təsirindən uçub dağıdılaraq xarabalığa çevrilməkdədir. Bunları nəzərə alaraq müəllif bu abidələrin də, mahiyyətini dərindən öyrənmək onları müəyyən etmək və elmi gündəliyə gətirilməsini lazım bilib, mövzunu seçmiş və bu memarlıq abidələrinin araşdırılmasında özünə məqsəd secmişdir.Yəqin ki, yaranmış imkanlardan istifadə edərək müəllif öz elmi işində bu bölgələrin mənşəyini dərindən tədqiq edəcək və bu memarlıq abidələri haqqında sanballı fikirlər söyləyəcək.

Açar sözlər: Xınalıq, kənd, məscid, türbə, tarixi binalar, memarlıq abidələri

;