MEMARLIQ ELMİNDƏ TƏTBİQ OLUNAN ANALİZ METODLARI

Axundova Sürəyya Əlifağa qızı– m.e.n., dosent, Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrası, AzMİU, sureyya.axundova@gmail.com

Xülasə. Məqələdə memarlıq elminin təhlili və bununla bağlı istifadə edilən metodlar araşdırılır. Memarlıq elmi bilavasitə memarlıq ilə bağlıdır və uzun inkişaf yolu keçmişdir. Memarlıq dəqiq elmlərnən yaxın olduğu üçün, həmin prinsiplər və metodlar tədqiqat zamanı tədbiq olunur. Bölünən nisbətlərin analizi, memarlıq abidəsinin quruluşunda həndəsi qanunauyğunluqların axtarışları, metroritmik qanunauyğunluqlar analizi, abidənin qrafik rekonstruksiyası, memarlıq təsvirinin qurulması, miqyas və geniş miqyas analizi, memarlıq abidələrinin müqayisəli təhlil metodları. Bununla belə, seçilmiş tədqiqat obyekti haqqında lazımi ilkin məlumatları əldə etməyə və sonradan onu tam və hərtərəfli öyrənməyə imkan verən prinsipin özü bizim üçün çox əhəmiyyətlidir. İki memarlıq abidəsinin kompozisiyalarının müqayisəsi. İki abidənin həcmi və ya müstəvi (fasad) kompozisiyasının müqayisəsi. Mütənasiblik və həndəsi quruluş üsullarında fərqlərin müəyyənləşdirilməsi ilə abidələrin müqayisəsi. Təkamül sıralarının və tipoloji cədvəllərin qurulması

Açar sözlər: memarlıq elmi, tədqiqat obyekti, memarlıq abidəsi, analiz metodları, müqayisə, bölünən nisbətlər, miqyas

 

;