AZƏRBAYCANIN ŞƏHƏRLƏRINDƏ LANDŞAFT- REKREASIYA MÜHİTİNİN FORMALAŞMASININ PRİNSİPLƏRİ

Ağamalıyeva İradə Kamal qızı– baş müəllim, Memarlığın əsasları kafedrası, AzMİU, a.rahmanova@azmiu.edu.az

Xülasə. Böyük şəhərlərin inkişafı istər- istəməz şəhər əhalisinin yaşayış mühitinin süni və təbii komponentləri ilə funksional, məkan, estetik, əxlaqi və digər əlaqələrinin dəyişməsinə və mürəkkəbləşməsinə gətirib çıxarır. Təbii landşaftlarının öyrənilməsi və qorunub saxlanması, habelə uyğunlaşdırılması problemi; təbii və süni: (memarlıq) yaşayış mühitinin əlaqəsi və qarşılıqlı təsiri uzun müddətdir memarlıq elminin və praktikasının diqqətini cəlb etmişdir. Məqalənin məqsədi şəhərin landşaft- rekreasiya məkanlarının funksional və planlaşdırma strukturunun formalaşması və davranışının sistemli prinsiplərini müəyyən etmək və əsaslandırılmasıdır.

Açar sözlər: landşaft- rekreasiya zonaları, yaşayış yerləri, məskunlaşma, iqtisadi inkişaf, kurort

;