http://doi.org/10.58225/sw.2024.2-213-219

AQRAR BAZARIN İNKİŞAFINDA DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

Quliyeva Cahan Niftalı qızı- müəllim, İqtisadi nəzəriyyə və marketinq kafedrası, AzMİU,cahan.quliyeva0901@mail.ru

Xülasə. İqtisadiyyatın ən mühüm tərkib hissələrindən biri kənd təsərrüfatıdır. Aqrar islahatların həyata keçirilməsi və yeni təsərrüfatçılıq formalarının yaradılması kənd təsərrüfatının inkişafına güclü təkan vermişdir. Bunlar dövlətin aqrar siyasətinin düzgün qurulduğunu və kənd təsərrüfatı istehsalının yeni iqtisadi sistemdə inkişaf yoluna çıxdığını göstərir. Belə bir şəraitdə kənd təsərrüfatı istehsalının intensivləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi həm də bu sahənin çıxdığı inkişaf yolunda sürətlə irəliləməsinə, həm də adamların müxtəlif məhsullara olan tələbatının ödənilməsinə əlverişli şərait yaradır. Aqrar sahədə yaranan müəssisə və təsərrüfatlarda istehsalın səmərəliliyini yüksəltməklə xalis iqtisadi mənfəət artır. Bu mənfəət isə özəl mülkiyyətin inkişafı, aqrar sahədə geniş təkrar istehsalın həyata keçirilməsi və sosial problemlərin həlli üçün əsas vəsait mənbəyidir. Bununla əlaqədar olaraq indiki şəraitdə dövlətin aqrar siyasətinə uyğun olaraq kənd təsərrüfatı istehsalının intesivləşdirilməsi və səmərəliliyinin artırılması sahəsində tədqiqat işi aparmaq həm nəzəri, həm də praktiki əhəmiyyətə malikdir.

Açar sözlər: aqrar siyasət, sahibkarlıq fəaliyyəti, ərzaq resursları, bazar münasibətləri, kooperasiya

;