http://doi.org/10.58225/sw.2024.2-195-200

TİKİNTİ SAHƏSİNDƏ YENİ İQTİSADİ MÜNASİBƏTLƏRİN YARANMASI TİKİNTİNİN İNKİŞAFINA TƏSIRİ

Binnətov Yusif Cavad oğlu-baş müəllim, İqtisadi nəzəriyyə və marketinq kafedrası, AzMİU, yusif020678@mail.ru

Xülasə: Tikinti sahəsi ölkənin xalq təsərrüfatının yerinə yetirdiyi funksiyanın xarakterinə uyğun olaraq maddi istehsal sahələrindən biridir. Bu sahə, həm də müxtəlif alt sahələrdən ibarətdir və ölkənin infrastrukturunun formalaşmasına təsir edir.Əsaslı tikinti, layihə axtarışından, tikinti quraşdırmaya, elmi tədqiqatdan tikinti materiallarının istehsalına qədər bir sıra fəaliyyətləri özündə birləşdirir. Bu, tikinti sahəsində maddi istehsalın əsasını təşkil edir və ölkənin əsas fondlarının yaradılmasında əhəmiyyətli rol oynayır. Əsaslı tikinti sahəsi, tikinti prosesləri zamanı istifadə olunan nəqliyyat sistemləri daxil olmaqla, tikinti materiallarının istehsalından tikinti proseslərinin icrasına qədər olan bütün tərəfləri əhatə edir. Bu sahə, ölkənin sürətli və effektiv inkişafını təmin etmək üçün vacibdir və məhsuldarlıq və keyfiyyət standartlarının artırılmasına kömək edir.

Açar sözlər: İnvestor, tikinti layıhələri, mənzil, iqtisadi sabitlik, inflyasiya, əmlak bazarı

;