http://doi.org/10.58225/sw.2024.2-189-194

BAKIDA TƏTBİQ EDİLEN İNŞAAT MATERİALLARININ VƏ KONSTRUKSTURLARININ BƏZİ XÜSUSİYYƏTLƏRİ

Əkbərova Samirə Misirxan qızı- t.e.n., dosent, Mühəndislik sistemlərinin və qurğularının tikintisi kafedrası, AzMİU, samira.akbarova@azmiu.edu.az

Xülasə. Müasir tikinti materialları ən mürəkkəb tikinti problemlərini həll etmək, quraşdırma prosesini sadələşdirmək və binaların və obyektlərin tikinti vaxtını sürətləndirmək imkanı yaradır. Bakı şəhərinin rütubətli iqlimində tikinti materiallarını və strukturlarını diqqətlə seçmək zəruridir. Tikinti sahəsinin spesifik iqlim şəraiti üçün tikinti materiallarının fiziki və istilik xüsusiyyətlərinə yetərincə diqqət yetirilməməsi, binalarda insanların yaşamaq, işləmək və istirahət etmək üçün narahat şəraitlərin yaranmasına səbəb olur. Müəllif Bakı şəhərində çoxmərtəbəli binaların tikintisi zamanı ətraf mühitin iqlim xüsusiyyətlərini nəzərə alaraq əhatə edici strukturların seçiminə təsir edən əsas amilləri araşdırmışdır.

Açar sözlər: bina, tikinti materialları, fiziki xassələri, bina zərfi, xarici divar quruluşu

;