http://doi.org/10.58225/sw.2024.2-185-188

TİKİNTİ MƏHSULLARI BAZARININ MARKETİNQ TƏDQİQATI ÜÇÜN İNFORMASİYA MƏNBƏLƏRİ

Ağayeva Könül Asəf- ü.f.d., dosent, İqtisadi nəzəriyyə və marketinq kafedrası, AzMİU, konul.aghayeva@gmail.com

Xülasə. Sosialyönümlü bazar iqtisadiyyatının qurulması məqsədlərinə çatmaq üçün tikinti məhsulları bazarı da bütün digər məhsulların bazarı kimi konyuktura tədqiqatları ilə müşaiyət olunmalıdır, yəni alıcıların arzu etmədiyi məhsulların bazara çıxarılması imkanları marketinq tədqiqatları vasitəsilə dayandırılmalıdır. Bunun üçün marketinq informasiya mənbələrinin düzgün seçilməsi və səmərəli istifadə olunması mühüm əhəmiyyət kəsb edir.Tikinti təşkilatlarının marketinq tədqiqi firma və müəssisələrin marketinq fəaliyyətini xarakterizə edən göstəriciləri aşkar etmək üçün zəruri informasiyaların toplanması, təhlili və nəticələri haqqında hesabatdır.Məqalədə marketinq informasiya sistemi ilə marketinq tədqiqatları sistemi arasındakı fərqlər aydınlaşdırılmış, onların ayrı-ayrı elementləri və xüsusiyyətləri təhlil edilmişdir.Məqalədə həmçinin qeyd edilmişdir ki, tikinti məhsullarının xarakterik xüsusiyyətləri,podratçı firmaların tikinti məhsulları bazarındakı spesifik vəziyyəti və bir sıra digər amillər tikinti məhsullarının marketinq tədqiqatlarının bütün istiqamətlərini daha konkret formada təhlil etməyə imkan vermir. Bunu nəzərə alaraq məqalədə həmin istiqamətlərin daha konkret şəkildə təhlilinə üstünlük verilmişdir:

Açar sözlər: Marketinq tədqiqat sistemi, marketinq informasiya sistemi, marketinq tədqiqatları, məhsulun tədqiqi , bazarın tədqiqi, informasiya tələbatı, ilkin informasiya mənbəyi, təkrar informasiya mənbəyi, marketinq informasiya axını, marketinq informasiya modeli

;