http://doi.org/10.58225/sw.2024.2-159-167

QEYRİ-SƏLİS MƏNTİQƏ ƏSASLANAN SÜNİ İNTELLEKTƏ MALİK DƏM QAZLARINA NƏZARƏT SİSTEMLƏRİ ÜÇÜN ALQORİTMİN İŞLƏNMƏSİ

Xurşudov Dursun Qədir oğlu-baş müəllim, İnformasiya texnologiyaları və sistemləri kafedrası, AzMİU, dursuncosqun@gmail.com

Əliyeva Samirə Farif qızı-assistent, İnformasiya texnologiyaları və sistemləri kafedrası, AzMİU, samiraaliyeva67@gmail.com

Sultanova Könül İsmayıl qızı- assistent, İnformasiya texnologiyaları və sistemləri kafedrası, AzMİU, sultanovakonul80@gmail.com

Xülasə. Qeyri-səlis məntiqə əsaslanan süni intellekt (Sİ) sistemlərinin dəm qazlarının ölçülməsinə və nəzarət olunmasına tətbiqi üçün bir çox tədqiqatlar aparılmışdır. Bu sistemlər, dəm qazlarının temperatur, təzyiq və digər parametrlərdən asılılığına nəzarət etmək üçün məntiqi alqoritmlər və modelə üzrə təcrübələrə əsaslanan öyrədilmə alqoritmləri ilə işləyir. Bu alqoritmlərdə, dəm qazlarının davranışlarını nəzərə alaraq, optimal nəzarət strategiyalarını təyin etmək üçün məntiqi qaydalar tətbiq edilir. Məntiqə əsaslanan Sİ sistemləri, dəm qazlarının göstəricilərini izləyərək, sensor məlumatlarını təhlil edir və nəzarət əməliyyatlarını təyin edir. Bu alqoritmlər, dəm qazlarının dəyərlərini optimal səviyyədə saxlamaq, enerji effektliliyini artırmaq və təhlükəsizlik tələblərini qarşılayan nəzarət strategiyalarını təyin etmək üçün istifadə olunur. Əsasən, bu alqoritmlər, məntiqi nəzarət prinsipləri və optimallaşdırma üsullarını tətbiq etmək, dəm qazlarına nəzarət sistemlərinin effektivliyini artırmaq üçün istifadə olunur. Bu isə, daha yüksək performans və daha təhlükəsiz işləmə imkanı yaradır.

Açar sözlər: Karbon monooksid-dəm qazı, Məntiqi Nəzarət Alqoritmləri, Qeyri-səlilləşdirmə, Qeyrisəlis neyron şəbəkəsi, öyrətmə alqoritmləri

;