http://doi.org/10.58225/sw.2024.2-146-152

AXINABƏNZƏR TİKİNTİ İSTEHSALATININ OPTİMAL QISA MÜDDƏTİ

Fətullayev Rəşad Fəxrəddin oğlu-baş müəllim, Tikinti istehsalatının texnologiyası təşkili və idarə olunması kafedrası, AzMİU, zakirli.resad@mail.ru

Xülasə. Bu məqalədə tikinti-quraşdırma işlərinin optimal müddəti və manqanın optimal sayı məsələsinə baxılmışdır. İndiyə qədər bizə təklif olunan iki məchullu optimal müddətin tənliyində hesabat işləri daha çox aparılır və nəticədə fəhlələrin hərəkət qrafiki daha optimal variantı əldə olunmurdu. Artıq təklif oluna düstur vasitəsilə optimal müddətin tənliyi ilə optimal manqa sayıda əldə etmək mümkündür. Alınmış optimal müddətə yaxın üç rəqəm qəbul edib optimal manqa sayı hesablanıbvə istehsalat norması müqayisə edilmişdir. Hesabatlar nəticəsində müəyyən olunmuşdur ki, optimal müddət Kopt və √𝑎 arasında olduqda, istehsalat norması 100%-dən artıq olur. Bu o deməkdir ki, fəhlə gündəlik iş rejimini artıqlaması ilə yerinə yetirir.

Açar sözlər: optimal müddət, optimal manqa sayı, istehsalat norması, tutaqdakı gərginlik

;