http://doi.org/10.58225/sw.2024.2-137-140

DÖYƏNƏKLƏNMİŞ SƏTHİN FİZİKİ-MEXANİKİ XASSƏLƏRİ

Aslanov Telman İmran oğlu- t.e.n, dosent, Maşın və mexanika mühəndisliyi kafedrası, AzMİU, aslanov1946@gmail.com

Nağıyeva Məlahət Vahid qızı- assistent, İnformasiya texnologiyaları və sistemləri kafedrası, melahet.nagiyeva@gmail.com

Xülasə. Kürəciklə diyirləmə zamanı səthin nahamarlığına və bərkliyinə alətlə emal olunan hissənin kontakt zonasında yaranan təzyiq, uzununa veriş, deformasiyaedici alətin ölçüləri, səthin ilkin kələkötürlüyü və metalın fiziki-mexaniki xassələri ciddi təsir göstərir. Digər parametrlər emal edilən səthin nahamarlığına və bərkliyinə az təsir edir. Sınaqlarla müəyyən edilmişdir ki, diyirləmə qüvvəsinin artması ilə tədqiq olunan inşaat poladlarının kələ-kötürlüyü xeyli azalır, alətlə emal edilən hissənin kontakt sahəsi artır. Bu isə xassələrə öz müsbət təsirini göstərir. Kontakt sahəsində təzyiqin artması (diyirləmə qüvvəsinin artması) bütün poladların səthinin bərkliyini yüksəldir.

Açar sözlər: inşaat poladları, kürəciklə diyirləmə, qüvvə, kələ-kötürlük, bərklik

;