http://doi.org/10.58225/sw.2024.2-128-136

YAŞIL İNŞAAT MATERİALLARIN OPTİMAL TƏRKİBİNİ MÜƏYYƏN EDİLMƏSİNDƏ AKTİV EKSPERİMENTİN PLANLAŞDIRILMA ÜSULLARININ TƏTBİQİ

Abasova Nigar Kamil qızı-baş müəllim, İnformasiya texnologiyaları və sistemləri kafedrası., AzMİU, nigarabas@yahoo.com

Məmmədli Məryəm İqbal qızı- müəllim, İnformasiya texnologiyaları və sistemləri kafedrası., AzMİU, maryammammdli@gmail.com

Sultanova Könül İsmayıl qızı- müəllim, İnformasiya texnologiyaları və sistemləri kafedrası., AzMİU, sultanovakonul80@gmail.com

Xülasə. Məqalədə 3 ölçülü Boks-Benken planı əsasında keramika məmulatlarının istehsalında şixtanın optimal tərkibini təyin etmək üçün eksperimentin statistik planlaşdırılması metodu təsvir edilmişdir. Aktiv təcrübənin aparılması planı təklif edilmiş, riyazi modellərin əmsalları hesablanmış, alınmış modellərin adekvatlığı və reqressiya tənliklərinin əmsallarının əhəmiyyətliliyi yoxlanılmışdır. Keramika məmulatları parklarda və istirahət mərkəzlərində istifadə olunan ən keyfiyyətli tikinti materiallarından biridir. Həmçinin yaşayış binalarında istilik istehlakına qənaətin aktual probleminin həlli yollarından biri yüksək istilik izolyasiya xüsusiyyətlərinə malik üzlük keramika məmulatlarının istifadəsidir. Müasir dövrdə bütün fundamental tədqiqatlarda olduğu kimi çoxkomponentli keramika materiallarının öyrənilməsində də sistemli yanaşma səciyyəvidir. Belə sistemli yanaşma öyrənilən materialların və obyektlərin həm ayrılıqda, həm də bir-biri ilə qarşılıqlı əlaqədə öyrənilməsinə imkan verir. Keramika məmulatlarının belə sistemli tədqiqinin aparılması onun istehsalının daha səmərəli təşkili üçün mühüm məsələlərdən biri kimi hesab olunur.

Açar sözlər: aktiv təcrübə, riyazi model, adekvatlıq, əmsallar, reqressiya tənliyi

;