http://doi.org/10.58225/sw.2024.2-122-127 QƏBƏLƏ RAYONU, VƏNDAMÇAY ÜZƏRİNDƏ NƏZƏRDƏ TUTULMUŞ SİLSİLƏ KİÇİK SES-lərin HİDROENERGETİK POTENSİALININ TƏDQİQİ Vəliyev Cəlaləddin Zərbəli oğlu - t.ü.f.d., dosent, Bakı Mühəndislik Universiteti, cavaliyev@beu.edu.az Xülasə: Məqalədə Vəndamçay üzərində nəzərdə tutulmuş silsilə KSES-lərin hidroenergetik potensialının qiymətləndirilməsinə baxılmışdır. Bu məqsədlə çayın çoxillik məlumatları əsasında hidrologiyası araşdırılmış və müvafiq təminat faizlərinə uyğun su sərfləri təyin edilmişdir. SES-in suqəbuledicisinin götürdüyü sərfə və itkilər nəzərə alınmaqla hesablama basqısına uyğun qoyulmuş gücü, illik enerji istehsalı təyin edilmişdir. Açar sözlər: suqəbuledici, su sərfləri, basqılı derivasiya borusu, itkilər, sürət, hesablama basqısı, qoyulmuş güc, enerji istehsalı

;