http://doi.org/10.58225/sw.2024.2-116-121

CEYRANÇÖL VULKAN KÜLÜNÜN SEMENT ƏSASLI QURU İNŞAAT QARIŞIQLARININ XASSƏLƏRİNƏ TƏSİRİNİN ÖYRƏNİLMƏSİ

Xəlilov Yasin Xələf oğlu- t.e.n., dosent, Materialşunaslıq kafedrası, AzMİU, elxanxalilov@yahoo.com

Şahmarov Vasif Ümüdəli oğlu- t.ü.f.d., dosent, Materialşunaslıq kafedrası, AzMİU, vshahmarov@gmail.com

Xülasə. Tədqiqat işində Ceyrançöl vulkan külünün quru inşaat qarışıqlarının xassələrinə təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki, kvars qumu əvəzinə vulkan külünün istifadəsi zamanı onun miqdarı artdıqca məhlulların tutma müddəti uzanır, plastikliyi artır və məhlulun sıxlığında müəyyən düşmələr müşahidə olunur. Məhlulun sıxlığında nəzərə çarpan azalma əsasən vulkan külünün dispersion tərkibi və bunun nəticəsində normal qatılığın yüksək olması ilə izah olunur. Müəyyən edilmişdir ki, sement əsaslı inşaat məhlulunun tərkibində 15%-ə qədər kvars qumunun vulkan külü ilə əvəz edilməsi məhlulun müxtəlif səthlərlə (keramika, beton, mişar daşı) ilişkənliyini və bərkimədən sonra sorbsion nəmliyini artırır. Bu, tədqiq olunan kompozisiyaların yeni nəsil quru inşaat qarışıqları kimi gigiyenik-istehlak xüsusiyyətlərinin yüksək olduğunu göstərməklə onların xüsusi nəm şəraiti ilə səciyyəvi olan zirzəmi, mansard, vanna otağı kimi sahələrdə tətbiq olunmasına imkan yaradır.

Açar sözlər: Vulkan külü, sorbsion nəmlik, quru inşaat qarışığı, putsolan əlavə, portlandsement, kvars qumu

;