http://doi.org/10.58225/sw.2024.2-106-115

NANOMODİFİKATORUN ASFALTBETONUN TƏKƏR İZİNƏ DAYANIQLIĞININ ARTIRILMASINDA ROLU

Quvalov Abbas Abdurəhman oğlu- professor, Materialşünaslıq kafedrası, AzMİU, abbas-guvalov@mail.ru

Abbasova Səidə İskəndər qızı-dosent, Materialşünaslıq kafedrası, AzMİU

Məmmədov Anar Davud oğlu– dissertant, Materialşünaslıq kafedrası, AzMİU

Xülasə. Əmələ gəlməsi asfaltbetonun tərkibindəki yapışdırıcının xassələrindən birbaşa asılı olan plastiki təkər izi ilə bağlı aspektlərə baxılmışdır. Tərkibində etilen və vinilasetatın sopolimeri olan termoelastoplastik EVA polimerinin tətbiqi ilə alınmış və istehsalatda istifadə edilən bitum kompozisiyası ilə müqayisəli şəkildə polimer-bitum yapışdırıcısının keyfiyyət göstəricilərinə karbon nanomateriallarının təsirinin qiymətləndirilməsi aparılmış və onların asfaltbetonun təkər izinin əmələgəlməsinə təsiri öyrənilmişdir. Təkər izinin əmələgəlməsini təsvir edən riyazi modelin empirik əmsalının fiziki mənası müəyyən edilmişdir. Aparılmış tədqiqata uyğun olaraq örtüyün xidmət müddətinin qiymətləndirilməsi üçün verilmiş Nəqliyyat yüklərinin təsiri altında yol örtüyündə yığılan qalıq deformasiyaların təyini (EC EN 12697-22) standartının tələblərinə uyğun olan hesabat üsulundan istifadə edilmişdir. Hesablanmış xidmət müddətinin təyini plastik deformasiyaya dayanıqlılıq kriteriyası üzrə aparılmışdır. Tədqiqatlar göstərmişdir ki, polimer-bitum yapışdırıcısına çoxdivarlı karbon nanoborularını verdikdə avtomobil yol örtüyünün hesablanmış xidmət müddətinin (plastik deformasiya kriteriyaları üzrə) 75%-dək artması müşahidə olunur. Eyni zamanda karbon nanomodifikatorunu istifadə etdikdə bitumun tərkibinə verilmiş yüksək maya dəyərinə malik polimerin miqdarının 29%- ə qədər azaldılmasına imkan yaranır.

Açar sözlər: birdivarlı karbon nanoboruları, polimer-bitumlu yapışdırıcı, asfaltbeton, təkər izinə dayanıqlılıq

;