http://doi.org/10.58225/sw.2024.2-94-99

PİLOTSUZ UÇUŞ APARATLARI İLƏ ƏLDƏ EDİLMİŞ ORTOFOTOLARIN DƏQİQLİYİNİN TƏDQİQİ

Piriyev Rölan Fəxrəddin oğlu - baş müəllim, Geomatika kafedrası, AzMİU, rolanpiriyev.rp@gmail.com Cəfərov Tariyel İlham oğlu - baş müəllim, Geomatika kafedrası, AzMİU, tariyel.jafarov@azmiu.edu.az

Məmmədova Mehriban Vəli qızı- baş müəllim, Geomatika kafedrası, AzMİU, emil_8185@mail.ru

Xülasə: Son illərdə texnologiyanın inkişafı ilə fotoqrammetrik işlərdə pilotsuz uçuş aparatlarından (PUA) geniş istifadə olunmağa başlanılmışdır. PUA-lardan istifadə ilə ərazinin topoqrafik planın tərtibi, rəqəmsal səth modelinin hazırlanması kimi işləri qısa zaman ərzində və iqtisadi cəhətən səmərəli şəkildə yerinə yetirmək mümkündür. Tədqiqat işində PUA-lar vasitəsilə əldə edilən ortofotoların mövqe dəqiqiliyi araşdırılmışdır. Belə ki, müxtəlif yüksəkliklərdə, fərqli şəkilçəkmə bucaqları ilə əldə edilmiş ortofotoların mövqe dəqiqliyi müqayisə edilmişdir. Müqayisəni aparmaq üçün ərazidə yerləşdirilmiş yoxlama nöqtələrinin koordinatları GNNS qəbulediciləri ilə müəyyən edilmişdir. Nəticədə şəkilçəkmə bucaqlarını nəzərə aldıqda 450 şəkilçəkmə bucağından istifadə etməklə əldə edilən ortofotoların nöqtə mövqe dəqiqliyi yüksək olmuşdur. Şəkilçəkmə hündürlüklərini dəyərləndirdikdə isə 60 m hündürlük və 90° şəkilçəkmə bucağı ilə alınmış ortofotoların nöqtə mövqe dəqiqliyi ən yüksək olmuşdur.

Açar sözlər: PUA, fotoqrammetriya, ortofoto, rəqəmsal səth modeli, şəkilçəkmə yüksəkliyi

;