http://doi.org/10.58225/sw.2024.2-88-93

ULTRA BƏNÖVŞƏYİ ŞÜALARIN TƏSİRİ ALTINDA HETEROGEN FAZADA LAY SULARININ FOTOLİZİNDƏN ƏMƏLƏ GƏLƏN QAZLARIN TƏHLİLİ

Həsənova Seynurə Azər qızı- assistent, Ekologiya kafedrası, AzMİU, seynure.ibrahimova@gmail.com

Məmmədova Leyla Hüseyn qızı-fəlsəfə doktoru, dosent, Ekologiya kafedrası, AzMİU, l.mammadova.ekologiya@gmail.com

Xülasə. Neft hasilatı zamanı əmələ gələn lay sularının ətraf mühitə axıdılması olduqca böyük ekoloji tullantılar sırasında öndə dura problemlərdən biridir. Bu səbəbdən onun tərkibinin təyini və təmizlənməsi vacib məsələlərdən biridir. Lay suyunun tərkibinin təyin edilməsinin müxtəlif metodikaları işlənmişdir. Günümüzdə də müasir metodikalar üzərində tədqiqat işləri davam etməkdədir. Baxılan işdə lay suyunun tərkibində olan H2, CH4, C6, C7 qazları xromotaqraf vasitəsi ilə təyin edilmiş və kvant çıxımı müəyyən edilmişdir. Tədqiqat işində kvars materialdan hazırlanmış ampulalardan istifadə edilmiş, şüalanma mənbəyi kimi UB (ulta bənövşəyi) civə lampasından istifadə edilmişdir. Fotoktalizaot kimi 21 nm ölçülü TiO2 tozundan istifadə edilmişdir. Xromotaqrfaik analizlər üçün Agilent Technologies 7890A GC xromotaqrafından istifadə edilmişdir. Heterogen sistemin fotolizi zamanı hidrogenin kvant çıxımı katalizatorun miqdarı artıqca artır və TiO2 oksidinin böyük miqdarlarında doyma müşahidə olunur. H2– nin yaranmasından fərqli olaraq yüksək molekullu karbohidrogenlərin kvant çıxımının TiO2 /H2O nisbətindən asılılığı maksimum ilə xarakterizə olunur.

Açar sözlər: Lay Suyu, Ultra Bənövşəyi Şüalanma, GC 7890A, Kvant Çıxımı

;