http://doi.org/10.58225/sw.2024.2-82-87

ELEKTROENERGETİKADA EFFEKTİV DİAQNOSTİKA VƏ MÜASİR PROQRAMLARLA DEFEKTLƏRİN AŞKARLANMASININ ƏHƏMİYYƏTİ

Cavadova Mirfatma Mirbaba qızı-dosent,t.ü.f.d.,Mühəndis Sistemləri və Qurğularının Tikintisi, AzMİU, mirfatma@mail.ru

Xülasə. Məqalədə effektiv avtomatlaşdırılmış diaqnostika sistemlərinin müasir proqlamlarla işlənməsinin mahiyyəti açıqlanmışdır.Qeyd olunmuşdur ki, elektroenergetikada effektiv diaqnostika əhəmiyyətli,aktual məsələlərdən biridir. İntelektual elektroenergetik sistemlərin yaradılması və yeni proqramlarla işlənlməsi istismar xərclərini azaldılması, etibarlılığın təmin olunması və labüd itkilərin minumuma endilməsi üçün vacibdir. Müasir proqramlarla defektlərin aşkarlanması, diqnostika üsullarının daha effektiv, kifayət qədər kompakt olması, dağıdıcı olmayan diaqnostik üsul kimi qəzaların sayının azaldılmasına, defektlərin ilkin mərhələsində aşkara çıxarılmasına, kabel xətlərinin istismar müddətinin artırılmasına, təmirinin rasional planlaşdırılmasına imkan verir. Müasir kompleks sistemlərin istifadə olunması, avtomatik və dispetçer idarə edilməsində idarəetmə imkanları və üsulları, sinxronlaşdırılmış vektor ölçülərinin tətbiq olunmasının üstünlüyünü göstərir.

Açar sözlər: effektiv diaqnostika, kompleks sistemlər, defektlərin növü, zədələnmə, avtomatik nəzarət

;