http://doi.org/10.58225/sw.2024.2-65-70

KRİSTALININ ELEKTRİK XASSƏLƏRİ

Abdullayev Adil Polad- f.r.e.d., professor, Fizika və Kimya kafedrası, AzMİU

Əhmədov Valik İbrahim– f.r.e.n., dosent, Fizika və Kimya kafedrası, AzMİU

Qafarova Dilarə Mikayıl- f.r.e.n., dosent, Fizika və Kimya kafedrası, AzMİU, dgafarova14@gmail.com

Xülasə. Dəyişən elektrik sahəsində TlInSe2 kristallarda dielektrik nüfuzluğun temperatur və tezlikdən asılılıqları tədqiq edilmişdir. Dielektrik nüfuzluğunun qiyməti müəyyən edilmişdir. Təyin olunmuşdur ki, temperaturun artması ilə ε'-in qiymətinin artması defektlərin konsentrasiyasının artması ilə əlaqədardır. Müəyyən edilmişdir ki, 290 - 380 K temperatur intervalında 102 -106 Hz tezliklərdə elektrik keçiriciliyi üçün σ f S (0,1  S  1,0) qanunu ödənir.TlInSe2 kristalında elektrik keçiriciliyinin tezlikdən asılılığının dəyişməsi belə izah oluna bilər: Kristallarda oxşar enerjilərə malik lokallaşdırılmış vəziyyətləri ehtiva edən klasterlər var və onların arasında elektron sıcrayışı baş verir. TlInSe2 birləşməsində keçiricilik zona-sıcrayış mexanizmləri ilə xarakterizə olunur.

Açar sözlər: kristal, dielektrik sabiti, konsentrasiya, kondensator, dielektrik itkisi, elektrik keçiriciliyi, kristal quruluşu

;