http://doi.org/10.58225/sw.2024.2-42-48

AZƏRBAYCANDA XIX-XX ƏSR XALQ YAŞAYIŞ EVLƏRİNİN İNTERYERLƏRİ

Yusifova Kəmalə Rasim qızı – m.ü.f.d., Mühit dizaynı kafedrası, AzMİU, kamala.yusifova@azmiu.edu.az

Annotasiya. Məqalədə XIX-XX əsr xalq yaşayış evləri, onların formalaşmasına təsir edən təbii və coğrafi şərait, iç məkanda müxtəlif məqsədlər üçün konstruktiv elementlər, onların forma və funksiyaları təhlil olunur. Tədqiqat prosesində insanların yaşayış uğrunda təbiət qüvvələri ilə mübarizəsi nəticəsində yaşayış məskənlərinin və yaşayış evlərinin müxtəlif tiplərinin, formalarının yaranması və onların formalaşmasına xalqın xarakterinin, həyat tərzinin, məişətinin təsiri, xalq memarlığının təcrübələrinin və tikinti ənənlərinin əks olunması müəyyən olunmuşdur. Təhlil nəticəsində yaşayış evlərinin tərtibatında bədii vasitələrin, məişət memarlıq elementlərinin nəsildənnəslə ötürülmuş təcrübələrdən, həmçinin regional xüsusiyyətlərdən asılı olaraq təkmilləşməsi, onların daha mükəmməl şəkildə formalaşmması müşahidə olunmuşdur.

Açar sözlər: məkan, memarlıq, interyer, avadanlıq, sandıq

;