http://doi.org/10.58225/sw.2024.2-30-36

ORTA ƏSR SƏFƏVİ SARAY XALÇALARININ DEKORATİV KOMPOZİSİYA HƏLLİ

Qasımzadə Gülşən Tofiq qızı- baş müəllim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, gulshengasimzadeh@yahoo.com

Xülasə. Məqalədə xüsusilə də Səfəvi süalaləsinin hakimiyyəti dövründə sarayların bədii tərtibatında istifadə edilən xalılardan söhbət gedir. Bu dövrdə Azərbaycan xalça sənətinin inkişafı bir neçə istiqamətdə davam edərək çox cəhətli xarakter daşımışdır. Belə ki, xalça sənəti ənənələri ayrı-ayrı xalça ustaları tərəfindən davam etdirilir. Onların ənənəvi çeşnilərdə toxuduqları xalçalarda klassik kompozisiyalara yaradıcı münasibət qabarıq şəkildə özünü göstərir. Eyni zamanda xalçaçılıqda yeniyeni kompozisiyalar, naxış elementləri meydana gəlir. Xalça sənətinin digər tərəfdən peşəkar müniaatür rəssamlar tərəfindən davam və inkişaf etdirilir. Onların yaratdıqları yeni ornament və çeşnilər əsasında toxunan xalçalar klassik kompozisiyaların zənginləşdirilməsində mühüm əhəmiyyət kəsb edirdi. Bu xalçaların kompozisiya, rəsm həlli və koloritində bəzən klassik kanonların pozulmasına baxmayaraq, müxtəlif bədii və texniki vasitələr mövzunun açılmasına kömək edir.

Açar sözlər: müniatür, xalça, ornament, incəsənət, saray, təsviri sənət, Səfəvi dövrü, dekorativtətbiq

;