http://doi.org/10.58225/sw.2024.2-22-29 MÜASİR MEMARLIQDA ŞƏHƏRKƏNARI EVLERİN STİLİSTİK XÜSUSİYYƏTLƏRİ Əliyev Tərlan Gülmirzə oğlu- memar, baş müəllim,Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrası, AzMİU, aliyev-tarlan@bk.ru Xülasə.Məqalədə müasir memarlıqda azmərtəbəli yaşayış evlərinin layihələndirilməsi və tikintisi sahəsində prioritet istiqamətlər, yeniliklər və üstünlük təşkil edən üslublar araşdırılır və təhlil edilir. Burada memarlıq üslublarının xarakterik xüsusiyyətləri və istifadə olunan əsas tikinti materialları və konstruksiyalar göstərilir. Həmçinin, fərdi yaşayış evlərinin layihələndirilməsi və tikintisi zamanı onun tikildiyi regionun təbii xüsusiyyətlərinin, orada yaşayan insanların mədəniyyətinin, həyat tərzi və məişətinin rolu və əhəmiyyəti vurğulanır. Bununla yanaşı, hazırki dövrdə, Bakı şəhərində kottec və ya villa tipli azmərtəbəli fərdi yaşayış evlərinin, həm mərkəzi və orta zonada, həm də şəhər ətrafı zonalarda çox geniş yayılmasından, tikinti təcrübəsinin əsas xüsusiyyətlərindən və müasir yerli memarların yaradıcılığında əhəmiyyətli yer tutduğundan bəhs edilir. Açar sözlər: müasir memarlıq, şəhərkənarı ev, azmərtəbəli yaşayış tikintisi, memarlıq üslubları

;