http://doi.org/10.58225/sw.2024.2-12-21

 DAĞILMIŞ ŞƏHƏRLƏRİN İNKİŞAFINDA MÜASİR YANAŞMALAR VƏ VİSUAL OBRAZ Bəkirova Təranə Şaiq qızı- dosent, memarlıq üzrə fəlsəfə doktoru, Memarlıq fakultəsi, Qrafik və media dizaynı kafedrası, AzMİU, taranabakirova@gmail.com Suleymanova Sevda Qurban qızı -baş müəllim, AzMİU, Mühit dizaynı kafedrası, Bakı, suleymanovasevda6@gmail.com. Xülasə. Məqalədə, şəhərlərin müharibə şəraiti ilə üzləşməsi və onların yenidən qurulma prosesi əsasında müasir yanaşma prinsiplərinin və vizual obrazın bərpası haqqında fikirlər əks edilmişdir. Şəhərlərin bərpası zamanı digər şəhərlərdən götürülmüş təcrübələr və müasir tendensiyaların nəzərə alınması və şəhər strukturundakı yeni tələbatların müasir texnologiyalar ilə həll edilməsi vacibdir. Məsələn, turizmin inkişafını nəzərə alaraq müasir şəhərlər üçün aktual olan yanaşmaların istifadəsi mövcuddur. Şəhərlərin yenidən qurulması zamanı müasir tələblərə uyğun olaraq hər şəhərin özünün mədəni və estetik dəyərlərini nəzərə alaraq yeni obraz yaratmaq vacibdir. Bu məsələlərə baxarkən, şəhərlərin tarixi yaddaşının müasir standartlara uyğun formalaşdırılması, yeni şəhər konsepsiyasının qurulması, müasir mühəndis texnologiyalarının və innovativ sistemlərin tətbiqi ilə uyğunlaşması mühüm rol oynayır. Məqalə Zəngilan və Kəlbəcər rayonlarındakı şəhərlərin müharibədən sonra yenidən qurulması prosesinə baxır. Bu şəhərlər, Azərbaycanın 30 il ərzində əsarət altında qalan bölgələridir. Məqalə müharibədən əvvəl və sonra ərazilərə vurulan ziyanların təhlili ilə şəhərin 20 il ərzində inkişaf təklifləri ilə məşğul olur. Açar sozlər: yenidən qurulan şəhərlər, şəhər obrazı, müharibədən sonrakı şəhər mühiti

;