http://doi.org/10.58225/sw.2024.1-155-159

İŞĞALDAN AZAD OLMUŞ ƏRAZİLƏRDƏ (AĞDAM RAYONUNUN BAŞ QƏRVƏND KƏNDİ) KƏHRİZLƏRİN MÖVCUD VƏZİYYƏTİ VƏ ONUN SU TƏLABATINDA ROLU

Məmmədov Sabir Baladin oğlu- t.e.f.d, dosent, Tərsimi həndəsə və mühəndis qrafikası kafedrası, AzMİU, s.mammadov2006@gmail.com

Rufullayev Elman İsaxan oğlu- a.e.f.d., dosent, Azərbaycan Meliorasiya və Su təsərrüfatı Elmi- Tədqiqat İnstitutu ASC, r.e1957@mail.ru

Abdullayev Pənah Əhmid- t.e.f.d, Azərbaycan Meliorasiya və Su təsərrüfatı Elmi- Tədqiqat İnstitutu ASC

Xülasə. qlobal iqlim dəyişmələrinə uyğunlaşma və onun yaratdığı fəsadların miqyasının qarşısının alınması istiqamətində görülməsi vacib olan əsas məsələlərdən biri də mövcud su ehtiyatlarından daha səmərəli istifadə olunması əsasında onların mühafizəsinin təmin edilməsidir. Azərbaycan Respublikası az su təminatı olan ölkələr sırasına daxildir və ölkənin mövcud su ehtiyatlarından səmərəli və kompleks istifadə olunması olduqca aktual bir problemdir. Məqalə Respublikanın işğaldan azad olmuş Ağdam rayonunun Baş Qərvənd kəndinin ərazisində mövcud olan kəhrizlərin texniki vəziyyətinin meliorativ, iqtisadi və ekoloji aspektdən qiymətləndirilməsinə və onun su təlabatındakı roluna həsr olunmuşdur.

Açar sözlər: kəhriz, baxış quyusu, su toplayan quyu, kəhriz lağımları, iqlim dəyimələri, uyğunlaşma, su ehtiyatları, su çatışmazlığı, nəmlik potensialı

;