http://doi.org/10.58225/sw.2024.1-138-143

AZƏRBAYCANDA SOSİAL MƏNZİL TİKİNTİSİNİN İNKİŞAFI VƏ ONUN MƏNZİL BAZARINA TƏSİRİ

Kərimov Əbülfət İsa oğlu- i.ü.f.d., dosent, İqtisadi nəzəriyyə və marketinq kafedrası, AzMİU

Ağayeva Könül Asəf- qızı- ü.f.d., dosent, İqtisadi nəzəriyyə və marketinq kafedrası, AzMİU, konul.aghayeva@gmail.com

Xülasə. Məqalədə Azərbaycan dövlətinin respublika əhalisinin mənzilə olan tələbatını daha yüksək səviyyədə ödəmək məqsədi ilə görülən tədbirlərdən söhbət gedir. Müəlliflər dövlət tərəfindən güzəştli şərtlərlə nisbətən ucuz qiymətlərlə vətəndaşlara satılan mənzillərin reallaşdırırlmasını xarakterizə edən bir sıra faktiki materalları cədvəl tərtib etməklə geniş şəkildə təhlil etməyə çalışmışlar. Təhlil əsasında belə nəticə əldə olunmuşdur ki, istifadəyə verilmiş mənzil sahəsinin həcmində dövlət mülkiyyətinin xüsusi çəkisinin 2021-ci ildə 13,1% -ə çatması (2019-cu ildə -2,1%, 2020-ci ildə 6,7) dövlətin sosial siyasətinin gücləndirildiyini əks etdirir. Həmin təhlildə diqqəti cəlb edən digər bir məsələ 2019-2021-ci illərdə vətəndaşların şəxsi vəsaitləri hesabına tikilən mənzillərin xüsusi çəkisinin 19,8 %-dən 75,5%-ə qalxması olmuşdur.Məqalədə həmçinin Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına aztəminatlı ailələrin öz mənzil şəraitinin yaxşılaşdırılması da diqqəti cəlb edən nəticə kimi qiymətləndirilmişdir.

Açar sözlər: mənzil tikintisi, mənzil bazarı , mənzilə tələb .ipoteka krediti,MİDA,Sosial mənzil bazarı,Yaşayış kompleksi, mənzil ehtiyacları, güzəştli mənzillər

;