http://doi.org/10.58225/sw.2024.1-132-137

BEYNƏLXALQ ENERJİ STANDARTLARI ÜZRƏ BİNALARA QOYULAN TƏLƏBLƏRİN TƏHLİLİ

Əkbərova Samirə Misirxan qızı- t.e.n., dosent, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrası, AzMİU, samira.akbarova@azmiu.edu.az

Annotasiya. Bugün binaların yaşıl və enerji səmərəli bina kimi sertifikatlaşdırılmasının dünya standartları, müvafiq normativ sənədlərin hazırlanması işlənir. Məqalədə beynəlxalq ekoloji standartlara uyğun yaşıl tikinti konsepsiyası əsasında bina və qurğulara qoyulan tələblərin təhlilinə diqqət yetirilir. İnnovativ memarlıq və mühəndislik qərarlarının həyata keçirilməsi nəticəsində tikilən və ya rekonstruksiya olunan binalar ətraf mühitə zərərli təsirlərin minimal olması ilə xarakterizə olunur. Dünyanın 67 ölkəsində “yaşıl bina” normaları ötən əsrdən müəyyən edilib. Azərbaycan da binaların sertifikatlaşdırılmasında beynəlxalq təcrübədən yararlanaraq müvafiq dövlət standartını qəbul edib. Məqalədə bəzi beynəlxalq tikinti standartlarının əsas texniki göstəriciləri təhlil edilir. 2015-ci ildə Azərbaycanda beynəlxalq ekoloji standart üzrə BREEAM sertifikatına layiq görülmüş, Yaxşı (48,7%) reytinqinə malik olan Bakı Ağ Şəhər Ofis Binasının bəzi fərqləndirici xüsusiyyətləri verilmişdir.

Açar sözlər: BREEAM, ekoloji bina standartı, memarlıq və mühəndislik qərarları, yaşıl bina, bina və qurğulara qoyulan tələblər

;