http://doi.org/10.58225/sw.2024.1-123-131

AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ TİCARƏT ƏLAQƏLƏRİNİN SƏMƏRLİLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Aslanova Turan Tofig- PhD in econ., ass.prof., department of Organization and management of industry, AzUAC, turan.aslanova@mail.ru

Fatahova Nargiz Rafael- PhD, department of Economic theory and marketing, AzUAC, nargiz.fataxova@mail.ru

Xülasə. Tədqiqatın məqsədi – xarici ticarətin səmərəlilik göstəriyinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, eləcədə təqdim edilən metodologiyalardan istifadənin xüsusiyyətlərinin araşdırılmasıdır. Tədqiqatın metodologiyası - tədqiqat işində müqayisəli təhlil, məntiqi ümumiləşdirmə, sistemli yanaşma, sintez və analiz metodlarından istifadə edilib. Tədqiqatın tətbiqi əhəmiyyəti – hazırda ölkə iqtisadiyyatında xeyri-neft sektorunun inkişaf etdirilməsi xüsusi aktuallıq daşıyır. Bu baxımdan tədqiqatda araşdırılmış əsas məsəllər ölkə xarici ticarət əlaqələrinin səmərəlilik göstəricilərinin müəyyən olunması və qiymətləndirilməsi təşkil edir. xarici ticarət əlaqələrinin səmərlilik göstəricilərinin müəyyən olunması və tətbiqi ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edir. Tədqiqatın nəticələri – Araşdırılan nəzəri-metodoloji məsələlər və bu əsasında ölkənin ixracı, idxalı üzrə diversifikasiya əmsalı hesablanmış və alınan nəticələr isə elmi baxımdan şərh edilmişdir. Tədiqiqatın orijinallığı və elmi yeniliyi – Tədqiqat zamanı xarici ticarət əlaqələrinin səmərəliliyini qiymətləndirmək üçün müasir yanaşmalardan istifadə edilmiş və Grubel-Lloyd indeksi, iqtisadiyyatın diversifikasiya əmsalı hesablanmışdır. Alınan nəticələr müasir dövrün ölkə iqtisadiyyatı üçün aktuallıq qazanılır.

Açar sözlər: İxrac, idxal, Grubel-Lloyd indeksi, diversifikasiya əmsalı səmərəlilik, ixrac kvotası, ÜDM, valyuta, və s.

;