http://doi.org/10.58225/sw.2024.1-112-116

AĞBURUN DƏNİZ STRUKTURUNUN SÜXURLARIN PETROFİZİKİ XÜSUSİYYƏTLƏRİ İLƏ ƏLAQƏDAR NEFT-QAZ PERSPEKTİVLİYİ

Zeynalova Sevil Adil qızı- müəllim, Neft-qaz geologiyası kafedrası, ADNSU, z7sevil@mail.ru

Şərifov Cəfər Cəbrayıl oğlu- müəllim, Neft-qaz geologiyası kafedrası ADNSU, sherifov1958@mail.ru

Xülasə. Məqalədə Ağburun-dəniz qalxımının neft-qaz perspektivliyinin poqnozlaşdırılması, onun geoloji quruluşu və tektonik inkişaf xüsusiyyətlərindən bəhs edirlir. Bu qalxımda əsas tədqiqat obyekti Məhsuldar qat və ondan altda yatan çöküntülərdir. Regional miqyasda Ağburun-dəniz strukturunda süxurların kollektorluq xüsusiyyətlərinin dəyişməsində qanunauyğunluğun olubolmamasını araşdırmaq məqsədi ilə bir sıra tədqiqatlar aparılmışdır. Bu strukturun neft-qazlılıq perspektivliyi əsasən Məhsuldar qatın Qırmakialtı lay dəstəsi(QALD)və onun qumlu horizontları, onların pazlaşma zonalarında litoloji pazlaşma, qırılmalarla mürəkkəbləşmiş hissələrdə isə tektonik ekranlaşma ilə əlaqədar tələlərlə və qismən üst Təbaşirin karbonatlı-çatlı çöküntüləri ilə əlaqədar olduğu proqnozlaşdırılır.

Açar sözlər: neft,qaz, çöküntütoplama, arxipelaq, fasiyalar, karbonat, pisamit

;