http://doi.org/10.58225/sw.2024.1-107-111

QANIX VADİSİNİN TORPAQ ÖRTÜYÜNÜN EKOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ

Xəlilova Afət Ənvər qızı– a.e.ü.f.d., dosent, Ekologiya kafedrası, AzMİU, xelilova.afet(@)mail.ru

Əzizov Adil Mürsəli- k.e.d., professor, Ekologiya kafedrası, AzMİU, adil19512013@gmail.com

Xülasə. Məqalədə Qanıx vadisinin torpaq örtüyünün öyrənilməsi və ekoloji qiymətləndirilməsi istiqamətində aparılan tədqiqat işlərinin nəticələri şərh edilmişdir. Tədqiqat gedişində Qanıx vadisində torpaq örtüyü strukturlarının (TÖS) yayılma xüsusiyyətlərinə uyğun, həmçinin torpaq xəritələrinin köməyi və əsas torpaq-ekoloji amillərə görə dörd ekoloji qrup ayrılmış və bunlar ərazinin ekoloji cəhətdən qiymətləndirilməsində əsas meyar kimi qəbul edilmişdir. Torpaqların əsas diaqnostik göstəricilərinə görə bonitet balları hesablanmışdır. Torpaq örtüyü strukturlarının dörd əsas tipi müəyyən edilmiş və onlarının orta bonitet balları tapılmışdır.

Açar sözlər: elementar torpaq arealları, torpaq örtüyünün strukturu, bonitet balları, relyefin plastika metodu

;