http://doi.org/10.58225/sw.2024.1-97-101

TEXNOLOJİ KORPORATİV KOMPÜTER ŞƏBƏKƏLƏRİNİN İNZİBATİ İDARƏ EDİLMƏSİ

Nəcəfov Həsən Tağı oğlu- dissertant, Naxçıvan Universiteti, hasan_nacafov@mail.ru

Xülasə. Məqalədə texnoloji korporativ kompüter şəbəkələrinin bəzi inzibati idarı edilməsi məsələləri araşdırılmışdır. Burada əsasən texnoloji proseslərə nəzarət və idarəetmə zamanı istifadə edilən protokollar, texnoloji korporativ şəbəkənin İnternetə qoşulma zərurəti, texnoloji korporativ şəbəkəni yaradan avadanlıqlar, şəbəkə xarakteristikaları, parametrləri və rejimləri araşdırılmışdır. Qeyd edilmişdir ki, şəbəkə avadanlıqları və bu avadanlıqları istehsal edən firmalar seçilərkən mövcud şəbəkə avadanlıqları ilə uzlaşa bilən, şəbəkənin genişlənməsini və yenilənməsini təmin edə bilən avadanlıqlara üstünlük verilməlidir. Şəbəkə daxilində məlumatların işlənməsi üçün müasir informasiya texnologiyalarından istifadə edilməsi tələbi qoyulmuşdur.

Açar sözlər: şəbəkə protokolları, internetə qoşulma zərurəti, şəbəkə avadanlıqları, asinxron rejim, keyfiyyət xarakteristikaları, kəmiyyət xarakteristikaları, şəbəkə təhlükəsizliyinin təmin edilməsi

;