http://doi.org/10.58225/sw.2024.1-85-89

FUNKSİONAL BLOK DİAQRAMA (FBD) PROQRAMLAŞDIRMA DİLİ İSTİFADƏ EDƏRƏK MÜHƏRRİKLƏRİN İDARƏ EDİLMƏSİ

Abasova Nigar Kamil qızı- baş müəllim, İnformasiya texnologiyaları və sistemləri kafedrası, AzMİU, nigarabas@yahoo.com

Məmmədli Məryam İqbal qızı- assistent, İnformasiya texnologiyaları və sistemləri kafedrası, AzMİU, maryammammdli@gmail.com

Nağıyeva Məlahət Vahid qızı- assistent, İnformasiya texnologiyaları və sistemləri kafedrası, AzMİU, melahet.nagiyeva@gmail.com

Xülasə. Proqramlaşdırılan Məntiqi Kontrollerlər (PMK), sənaye avtomatlaşdırma sistemlərinin komanda və idarəetmə sxemlərinin həyata keçirilməsi üçün uyğun olan giriş/çıxış vahidləri və kommunikasiya interfeysləri ilə təchiz edilmiş, idarəetmə strukturlu sistem proqramı ilə işləyən sənaye kompüterləridir. O, rele idarəetmə sistemləri əvəzinə istifadə üçün nəzərdə tutulmuş və ilk kommersiya məqsədli PMK 1969-cu ildə Modicon şirkəti tərəfindən istehsal edilmişdir. O illərdə rele idarəetmə sxemləri yerinə istifadə edilmək üçün hazırlanmış bu cihaz yalnız əsas məntiqi əməliyyat əmrləri ilə işləyə bildi. Sənayedə ilk kommersiya PMK-nın uğurlu tətbiqindən sonra Allen Bradley, General Electric, GEC, Siemens, Westinghouse kimi şirkətlər PMK-lar istehsal etmişdir [1]. Bu işin həyata keçirilməsi üçün PMK bazarına oz töhfəsini vermiş SİEMENS markasının 2012-ci ildə təqdim etdiyi S7-1500 PMK-nın 1512C CPU növü istifadə ediləcəkdir. S7-1500 markalı PMK ilə qurulacaq sistemdə mühərriklərin ardıcıl olaraq işlədilməsi üçün Beynəlxalq Elektrotexnika komissiyasının 61131-3 standartına əsasən yaradılan Funksional Blok Diaqrama (FBD) proqramlaşdırma dili nəzərdə tutulubdur. Mühərrikləri kontrol etmək və ardıcıl olaraq işlətmək üçün TIA (Totally Integrated Automation) Portal proqram təminatında elektriki kilitləmə nəzərə alınaraq 2 üsulla, “Set” , “Reset” və “P”, “N” əmrləri istifadə edilərək, şəbəkələr yaradılacaqdır.

Açar sözlər: PMK, BEK 61131-3 standartı, FBD, Set-Reset, Mühərrik

;