http://doi.org/10.58225/sw.2024.1-78-84

İSTEHSAL SƏNAYƏSİNDƏ SƏS-KÜY ÇİRKLƏNMƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ TƏHLİLİ

Xurşudov İlqar Vüqar oğlu– baş müəllim, Sənaye mühəndisliyi kafedrası, Bakı Mühəndislik Universiteti, ixursudov@beu.edu.az

Xülasə. İstehsal sənayesində səs-küy çirklənməsi böyümə təhlükəsi olaraq özünü göstərir və işçilər üçün eşitmə itkisi və sağlamlıq problem riskini artırır. Məqalə, təhlükəsiz iş şəraitinə əsaslanaraq həddindən artıq səs-küy səviyyələrinə məruz qalan işçilərin maksimum iş saatlarını hesablamağa nail olmaq məqsədi daşıyır. Tədqiqatlar, kritik şöbələrdə çalışan işçilərin həddindən artıq səs-küy səviyyələrinə uzun müddət məruz qalma səbəbindən eşitmə itkisi riskinin daha yüksək olduğunu göstərir. İş yeri səs-küy çirklənməsini azaltmaq üçün işəgötürənlər səs-küyü azaltmaq, məruz qalma müddətini məhdudlaşdırmaq, növbəli iş rejimləri tətbiq etmək və fərdi qoruyucu vasitələr təmin etməli, işçilərə təhlükələrdən qorumaq üçün təlim verməlidirlər. Tədqiqat iş yerində səs-küy səviyyələrinin monitorinqini və həddindən artıq səs-küy səviyyələrinin məhdudlaşdırılması üçün nəzarət tədbirlərinin vacib olduğunu vurğulayır. İş yeri səs-küy çirklənməsinin azaldılması üçün işgörənlər, işəgötürənlər və işçilər birgə çalışmalıdır və bu, işçi sağlamlığını və məhsuldarlığını yaxşılaşdırmaq üçün effektiv strategiyalar və nəzarətlər tətbiq etmək imkanı verir.

Açar sözlər: Səs-küy çirklənməsi, səs-küy təhlükələrinin qiymətləndirilməsi, istehsal sənayesi

;