http://doi.org/10.58225/sw.2024.1-71-77

HİDROTEXNİKİ QURĞULARIN TƏHLÜKƏSİZLİK MEYARLARININ MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

Qüdrətzadə Şəfəq Vaqif qızı- assistant, Geomatika kafedrası, AZMİU Shefeq.qudretzade@mail.ru
İsmayılov Əlişir İsmayıl oğlu- baş müəllim, Geomatika kafedrası, AzMİU alishir5701@mail.ru
Dənziyev Ramal Mirzəhəsən oğlu- baş müəllim, Geomatika kafedrası, AzMİU ramal86_86@mail.ru

Xülasə. Hidrotexniki qurğular təbii su ehtiyatlarından müxtəlif məqsədlər üçün istifadə edilən, suyun zərərli və dağıdıcı təsirini aradan qaldırmaq üçün tətbiq edilən mürəkkəb mühəndisi vasitələrdir. Su obyektləri üzərində və onlardan kənarda inşa edilən hidrotexniki qurğular ətraf mühiti suyun zərərli təsirindən qorumaq üçün istifadə edilsələr də onların mühafizəsi düzgün təşkil edilmədikdə daha ciddi fəsadların - subasma və dağıdıcı daşqınların baş verməsinə zəmin yaranır. Təbii su obyektləri - çaylar, göllər, dəniz və s. ətraf mühitin ayrılmaz bir elementi olmaqla əhəmiyyətinə və istifadə sahələrinə görə təbii sərvətlər içərisində xüsusi yerlərdən birini tutur. İnsanların, istehsalın və bütün təsərrüfat sahələrinin suya olan tələbatı təbii su obyektləri, yəni yerüstü və yeraltı su mənbələri hesabına ödənilir.

Açar sözlər: Hidrotexniki qurğular, təhlükəsizlik meyarı, dayanıqlıq, su anbarları, fövqəladə hallar

;