http://doi.org/10.58225/sw.2024.1-63-70

MƏLUMAT SORĞU MODULU VƏ QİYMƏTLƏNDİRMƏ TƏDQİQATLARINDA 3D KADASTR MƏLUMATLARININ ƏHƏMİYYƏTİ

Qaziyeva Pərvanə Çingiz qızı- baş müəllim, Geomatika kafedrası, AzMİU, pervane.qaziyeva@mail.ru

Xülasə. Məqalə dövrümüzdə aktual problemlərə həsr edilmişdir. Burada Azərbaycan Dövlət Reyestr Xidmətinin məlumatlarından istifadə edərək atribut məlumatlarının toplanması, qarşılıqlı yoxlanılması, WGS 84 koordinat sistemində inteqrasiya və təqdimat, aero fotoşəkillərindən (ortofoto və googlemaps) istifadə edərək yoxlama, nəzarət sorğuları ilə məlumatların keyfiyyətinin yaxşılaşdırılması, məlumatların aktuallığının qorunması təmin edilmişdir. Yaşayış obyekti olmayan ərazilərdə bəndlərin tikintisi suvarma kanallarının quraşdırılmasında çətinliklər yaratdığı üçün yaranan mürəkkəb vəziyyət 2D kadastrla göstərilə bilməz. Bu baxımdan məqalədə bu cür obyektlərin 3D görünüşü ilə qiymətləndirilməsi rasional qiymətləndirmə baxımından vacib hesab edilmişdir. Həmçinin kadastr məlumatlarının reyestr məlumatları ilə bir sıra müəssisə təşkilatların məlumatları ilə birləşdiriləcəyi və üçölçülü kadastr məlumatlarının qanuni, texniki və institusional problemlər olmadan sistemə daxil ediləcəyi və çox məqsədli bir məlumat sistemi yaradılacağı qeyd edilmişdir.

Açar sözlər: MEGSİS proqram təminatı, üçölçülü kadastr, torpaq kadastr məlumat sistemi, daşınmaz əmlak dəyəri

;