http://doi.org/10.58225/sw.2024.1-39-43

KOBALT ƏSASLI ƏRİNTİNİN MÜVƏQQƏTİ KÖHNƏLMƏSİ

Abdullayev Adil Polad oğlu– f.r.e.d., prof., Fizika və kimya kafedrası, AzMİU, adilabdullayev@rambler.ru
Əsgərova Günel Zakir qızı- laborant, Fizika və kimya kafedrası, AzMİU, gunelesger85@gmail.com
İsayeva Aida Əjdər qızı- f.ü.f.d., Fizika və kimya kafedrası, AzMİU, isayeva_aida86@mail.ru

Xülasə. Amorf metallik maqnit materialların öyrənilməsi müasir fizikanın ən mühüm istiqamətlərindən biridir. Amorf quruluşlu metallik ərintilərin xassələrinə aid çox sayda elmi tədqiqat işlərinin aparılmasına baxmayaraq, bəzi problemlər hələ də həll olunmamış qalır. Praktiki nöqteyi nəzərdən bu onların nadir fiziki xassələrə malik olması ilə əlaqədardır. Amorf ərintilərin strukturunda onların kristallaşmasına səbəb olan dəyişikliklər otaq temperaturunda da baş verir. Buna görə də, zaman keçdikcə (CoFe)75Si15B10 ərintisindən hazırlanan amorf lentin köhnəlməsi zamanı strukturundakı dəyişmələr səbəbindən lentin maqnitlənməsinin yenidən paylanması da baş verir. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, 420 °C temperaturda, havada izotermik saxlama müddəti ilə termik emal edilmiş nümunələrin maksimal maqnit nüfuzluğunda kifayət qədər dəyişikliklər baş vermişdir.

Açar sözlər: amorf ərintilər, termik emal, maqnit nüfuzluğu, izotermik saxlama müddəti

;