http://doi.org/10.58225/sw.2024.1-12-17

İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİMİZDƏ APARILAN BƏRPA VƏ QURUCULUQ İŞLƏRİ

Əliyev Tərlan Gülmirzə oğlu- baş müəllim, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrası, AzMİU, aliyev-tarlan@bk.ru
Əliyev Cavid Gülmirzə oğlu- baş müəllim, Memarlığın əsasları kafedrası, AzMİU, javidaliyev2020@gmal.com

Xülasə: Məqalədə 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri araşdırılır. Böyük Qayıdış planını reallaşdırmaq üçün qayıdış və məskinlaşma problemlərinin həllinə kompleks yanaşma göstərilir və Azərbaycanın qarşısında duran mühüm vəzifələr öyrənilir. Məqalədə işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinin aparılmasının vacibliyi göstərilir. Minalardan təmizlənən ərazilərdə, hər şeydən əvvəl, zəruri infrastrukturun qurulmasından danışılır. Bunlarsız Böyük Qayıdışın mümkünsüzlüyü bildirilir. Azad edilmiş ərazilərimizdə sənaye kompleksləri və digər iş yerlərinin açılması, sosial təminatın yaradılması ön plana çəkilir. Sosial obyektlərin tikilməsinin, yaşayış evlərinin inşasının həyata keçirilməsinin təxirəsalınmaz işlər olduğu ortaya qoyulur. Erməni vandallarının dağıtdığı şəhər və kəndlərimizdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa, yenidənqurma və quruculuq işlərinin aparılması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışının yüksək səviyyədə təmin edilməsi vurğulanır.
Açar sözlər: Qarabağ, Şərqi Zəngəzur, Böyük Qayıdış planı, quruculuq işləri, məskunlaşma prosesi, Ağıllı kənd, Ağıllı şəhər, Yaşıl şəhər
 

;