http://doi.org/10.58225/sw.2024.1-5-11

BAKI ŞƏHƏRİNDƏ TİKİLMİŞ BİNALARIN FASADLARINDA DEKORUN BƏDİİ İFADƏLİLİYİ:XIX-XX ƏSRLƏR

Əbdülrəhimova Təranə Ramiz qızı– m.ü.f.d., Qrafik və media dizaynı kafedrası, AzMİU,tarana.abd@mail.ru


Xülasə. Məqalədə, Bakıda XIX-XX əsrin əvvəllərində ucaldılmış ictimai və dini binaların eksteryerinin unikal dekorativ-bədii xüsusiyyətləri araşdırılır. Məqalədə, bu dekorativ elementlərin türkdilli xalqlara, islam ölkələrinə, Avropa və rus klassik memarlığına xas olan təsirini aydın görmək mümkündür. Məqalədə, xarici elementlərin kompozisiya ifadəliliyinin dekorativ-bədii formalaşmasının naxışları və xüsusiyyətləri, onların stilizasiyası və təsnifatı ətraflı şəkildə açıqlanır. Burada konkret nümunələr də verilir ki, onlar müxtəlif obyektiv amilləri nəzərə almaqla abidələrin dekorativ elementlərinin qavranılmasını təhlil etməyə imkan verir.
Açar sözlər: dekor, kompozisiya, üslub, simvol, işarə, vizual qavrayış, xarakter

;