http://doi.org/1058225/sw.2023.1-164-169

QLOBAL NAVİQASİYA PEYK SİSTEMLƏRİNİN (GNNS) ÜMUMİ ANALİZİ VƏ MÖVCUD VƏZİYYƏTİ

Cəbiyeva Telli Elşad qızı- assistant, Geomatika kafedrası, AZMİU, telli.jabiyeva.tj@mail.ru

Xülasə. Keçmiş dövrlərdə istifadə edilən ibtidai mövqe təyinetmə üsullarından bugünkü texnoloji inkişaflar sayəsində peyklərin köməyi ilə dördölçülü (4D) mövqe təyinetmə səviyyəsinə çatılmışdır. Mövqe təyinatına yeni bir anlayış gətirən Qlobal Naviqasiya Peyk Sistemləri (Global Navigation Satellite Systems-GNSS) axtarış-xilasetmə, hədəf tapma, hərbi bölgələrdə məhdud və ya görmə qabiliyyəti olmayan hava şəraitində təyyarələrin enməsi və qalxması, hər cür quru, dəniz və hava vasitələrinin naviqasiyası, geodeziya və geodinamik ölçmələr, kadastr ölçmələri, deformasiya ölçmələri, nəqliyyat vasitələri izləmə sistemləri, turizm, kənd təsərrüfatı, meşəçilik, idman, təhlükəsizlik, hidroqrafiya tədqiqatları və GIS tətbiqləri kimi bir çox mülki sahədə effektiv şəkildə istifadə olunur. Gündəlik həyatımızın demək olar ki, hər bir sahəsini təşkil edən və bir çox imkanları təmin edən bu GNSS texnologiyasının real vaxt və üçölçülü mövqe, sürət və zaman təyini və naviqasiya imkanlarına malik olması, ölkələrin milli maraqları naminə öz regional və ya qlobal peyk sistemlərini yaratmağa təşvik edir.

Açar sözlər: Qlobal Naviqasiya Peyk Sistemləri -GNSS, GPS, GLONASS, GALİLEO, BeiDou, IRNSS, QZSS

;