http://doi.org/1058225/sw.2023.1-149-157

AZƏRBAYCANDA İQTİSADİ ARTIMIN TƏMİN EDİLMƏSİNİN MÜASİR AMİLLƏRİ VƏ ŞƏRTLƏRİNİN TƏHLİLİ

Hacıyev Camal Cəlil oğlu- i.ü.f.d., dosent, Az.Turizm və Menecment Universiteti, jamalhajiyev@yandex.ru

Xülasə. Dünyada iqtisadi artım problemi bir neçə onilliklər ərzində aktualdır. Ona artan maraq böyük dərəcədə müxtəlif dövlətlərin inkişaf templərinin qeyri-bərabərliyi, XX əsrin sonunda sənayeləşmiş ölkələrin artım sürətinin yavaşlaması və yoxsul dövlətlərin dünyanın aparıcı fövqəldövlətlərindən daim geriləməsi ilə bağlıdır. Bununla yanaşı, Çin, Malayziya, Sinqapur, Tailand və Koreya kimi bir sıra inkişaf etməkdə olan ölkələrdə inkişafın müəyyən mərhələlərində Ümumi daxili məhsul sabit yüksək artım templəri müşahidə olunub ki, bu da onlara inkişaf etmiş dövlətlərlə rifahın yaxşılaşmasında mühüm nailiyyətlər əldə etməyə imkan verib. Bəzi ölkələrin sürətli inkişafına kömək edən və digər ölkələrin Ümumi daxili məhsulun artımını ləngidən mexanizmlərin üzə çıxarılması XX əsrin ikinci yarısının Dünya İqtisadi ədəbiyyatının əsas problemlərindən birinə çevrilmişdir. Məhz bu dövrdə çoxsaylı empirik tədqiqatların aparılması üçün əsas olan bir sıra iqtisadi artım nəzəriyyələri işlənib hazırlanmışdır. Azərbaycanda da iqtisadi artıma təsir edən amillər və şərtlər həmişə iqtisadçı alimlərin diqqət mərkəzində olmuşdur. Bu baxımdan iqtisadi artım və eləcə də iqtisadi inkişaf aktual məsələlərdəndir. Məqalədə Azərbaycanda son illər iqtisadi artıma təsir edən amillər təhlil edilmiş, əldə edilmiş nəticələrin təhlili əsasında iqtisadi artım tempinə müsbət təsir göstərən amillər müəyyənləşdirilmişdir

Açar sözlər: iqtisadi artım, iqtisadi artım tipləri, iqtisadi artım amilləri, ÜDM, ÜMM

;