http://doi.org/1058225/sw.2023.1-138-143

ƏHALİNİN İÇMƏLİ SU İLƏ TƏMİNATININ ƏSAS İSTİQAMƏTLƏRİ

Əliyeva Ruhəngiz Tofiq qızı- i.ü.f.d., dos., Sənayenin təşkili və idarə edilməsi kafedrası, AzMİU, ruhangiz.aliyeva@azmiu.edu.az

Babaşov Əmirxan Mehralı oğlu- i.e.n., dos., Sənayenin təşkili və idarə edilməsi kafedrası, AzMİU, amirxan.babashov@azmiu.edu.az

Qurbanova Qərənfil Süleyman qızı- laborant, Sənayenin təşkili və idarə edilməsi kafedrası, AzMİU, garanfil.gurbanova@azmiu.edu.az

Xülasə. Azərbaycanda əhalini içməli su ilə təmin etməkdə fundamental tədbirlər həyata keçirilir. Məhdud su ehtiyatlarının olması içməli sudan qənaətlə istifadə edilməsi haqqında inzibati və hüquqi qaydalara əməl edilməsi genişləndirilir. Təbiətdə suyun çox olmasına baxmayaraq yer kürəsi əhalisinin on faizi içməli su çatışmamazlığı ilə üzləşir. Çox təəssüflər olsun ki, Azərbaycan da il ərzində adambaşına az içməli su düşən dövlətlər arasındadır. Düzdür əhalinin içməli su ilə təmin edilməsi üçün ölkədə olan şirin su mənbələrindən geniş surətdə istifadə olunur. Transsərhəd çay sularından istifadədə hələ də problemlər mövcuddur. Qeyd edilməlidir ki, ölkədə istehsal olunan sənaye məhsulları strukturunda su təchizatı, tullantıların təmizlənməsi və emalının xüsusi çəkisinin artması yaxşı meyldir. Şirin su ehtiyatlarının azalması dövründə içməli sudan israfçılıqla istifadə edilməsinə yol verilməməsi barədə tədbirlər həyata keçirilir.

Açar sözlər: su, bulaq, su kəməri, su ehtiyatları, transsərhəd çay suları, artezian

;