http://doi.org/1058225/sw.2023.1-115-122

ALOV QÜLLƏLƏRİ KOMPLEKSİNİN ZƏLZƏLƏYƏ DAVAMLIĞININ TƏDQİQİ

Məmmədov Şakir Əhməd oğlu- t.ü.f.d., dosent, Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrası, AzMİU, shakirmammad@gmail.com

Həsənova Tükəzban Cəfər qızı- t.ü.f.d., dosent, Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrası, AzMİU, agalarovatika@gmail.com

Kərimov Elxan Qərib oğlu- baş müəllim, Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrası, AzMİU, elker56@mail.ru

Xülasə. Tikinti norma və qaydalarına əsasən Azərbaycan Respublikasının ərazisi orta və güclü zəlzələlər ehtimal olunan regiondur. Ona görə də Azərbaycan Respublikasının ərazisində və ona bitişik zonalarda baş verə biləcək seysmik hadisələrin xarakteri və əsas parametrləri haqqında məlumatların əldə olunması, eyni zamanda istismar və inşa olunan binaların seysmik dayanıqlığını müəyyənləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Binaların dayanıqlığını öyrənmək üçün dinamiki tədqiqatların aparılması vacibdir. Tədqiqat işinin araşdırılma obyekti [1,2] Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, 1A ünvanında tikilmiş binalar kompleksidir (Şəkil 1). İşdə yaşayış binasının səyyar diaqnostik “Struna -3 Ekspert” kompleksi ilə dinamiki parametrlərin təyin edilməsi üzrə tədqiqat işləri aparılmışdır.

Açar sözlər: seismometrik stansiya, rəqsi hərəkət, dinamiki parametrlər, eksperimental üsul, sərbəst rəqslər

;