http://doi.org/1058225/sw.2023.1-109-114

MAX22000 İSTİFADƏ EDƏRƏK PMK CİHAZININ GİRİŞ VƏ ÇIXIŞ MODULLARININ KONFİQURASİYA EDİLMƏSİ

Məmmədəli Məryam İqbal qızı- assistent, İnformasiya texnologiyaları və sistemləri kafedrası, AzMİU, maryammammadli@gmail.com

Nurəliyev Camaləddin Ağabala oğlu- assistent, İnformasiya texnologiyaları və sistemləri kafedrası, AzMİU, camal.nuraliyev@gmail.com

Hüseynova Həyat Şahin qızı- assistent, İnformasiya texnologiyaları və sistemləri kafedrası, AzMİU, ibrahimlihayat@yahoo.com.tr

Xülasə. Əl əməyinin istehsalatın avtomatlaşdırılma avadanlıqları ilə əvəzlənməsi insan cəmiyyətinin inkişafında böyük rol oynamışdır. Hazırkı vaxtda praktiki olaraq bütün mürəkkəb texnoloji proseslər tamamilə avtomatlaşdırılmış iş rejimlərinə keçirilmişdir. Müasir dövrümüzdə sənayenin avtomatlaşdırılmasında tətbiq olunan avtomatlaşdırma avadanlıqlarından biri də proqramlaşdırılan məntiqi kontrollerlərdir (PMK). PMK sistemləri daha uzun yerləşdirmə və quraşdırma cədvəlləri və gələcək sahə yeniləmələri üçün çevik olmayan sabit funksiyalı IO kartlarına (analoq giriş, analoq çıxış, rəqəmsal giriş, rəqəmsal çıxış) malikdir. Bu işdə MAX22000 və MAX14914A qurğularını tətbiq etməklə, konfiqurasiya edilə bilən giriş və çıxış istifadə edən cihazlar üçün eyni portda analoq və ya rəqəmsal, giriş və ya çıxış funksiyalarını aktivləşdirməklə PMK sistemləri üçün modul çeviklik təklif edir.

Açar sözlər: MAX22000, MAX14914A, PMK, giriş, çıxış CONFIGURING INPUT AND OUTPUT MODULES OF PMK DEVICE USING

;