http://doi.org/1058225/sw.2023.1-100-108

DƏMİRYOL HƏRƏKƏT VASİTƏLƏRİNİN İNNOVATİV REDUKTORLU DARTI İNTİQALININ QATARLARIN HƏRƏKƏT REJMLƏRİNƏ TƏSİRİNİN TƏDQİQİ

Hüseynov İlham Dilqəm oğlu– baş müəllim, Nəqliyyat və logistika kafedrası, Azərbaycan Texniki Universiteti, ilham.huseynov@aztu.edu.az

Xülasə. Məqalədə dəmiryol hərəkət vasitələrinin hərəkət rejmlərinə təsir formalaşdıran faktorların tədqiq edilməsi məsələsinə baxılır. Qatarların hərəkətinə təsir formalaşdıran faktorlar araşdırılaraq, onların yaxşılaşdırılmasına imkan verən təməl həll prinsiplərə əsaslanan ən optimal üsul kimi nəticəyə düşən sərf göstəricisinin azaldılması və ya sərfi dəyişmədən üstün nəticənin əldə edilməsi qəbul edilir. Dəmiryol hərəkət vasitələrin innovativ çox pilləli dişli çarx reduktorundan ibarət dartı intiqalının təbiq ediləcəyi halda qatarın hərəkət rejmlərinin tədqiqi aparılaraq, müasir tipli qatarlardan olan Stadler elektirik qatarlarının dartı, əyləcləmə və sərbəst gediş rejmlərinin əsas parametrləri təyin edilir, 10 km məsafədə mövcud və innovative intiqalların texniki səviyyələri nəzərə alınmaqla zamana, sürətə və yola görə hesablamalar aparılaraq müqaisəli nəticələr verilir. Kompüter proqramı vasitəsi ilə xüsusi əvəzləyici qüvvələr cədvəli qurulur. Əldə edilmiş göstəricilər əsasında xüsusi əvəzləyici qüvvələrin dartı, əyləcləmə və sərbəst gediş zamanı sürətdən asıllıq qrafikləri qurulur. Nəticələr verilir.

Açar sözlər: Dəmiryol, qarar, lokomotiv, vaqon, reduktor, dartı intiqalı, innovativ, texniki səviyyə

;