http://doi.org/1058225/sw.2023.1-89-94

KLİNKER KƏRPİCİNİN XASSƏLƏRİNİN KERAMİK MATERİALIN TƏRKİBİNDƏN ASILILIĞININ TƏDQİQİ

Bağırov Bulud Ibrahim oğlu – baş müəllim, Nəqliyyat və logistika kafedrası, AzMİU, arpachay@bk.ru Şirinzadə İradə Nüsrət qızı – t.e.d., prof., Materialşünaslıq kafedrası, AzMİU, i.shirinzade@azmiu.edu.az

Xülasə. Ölkəmizin ərazisində çətinəriyən gillər olmadığından klinker kərpici istehsalı üçün keramik kütlə tərkibinin asanəriyən gilləri modifikasiya etməklə hazırlanması məqsədəuyğun hesab edilmişdir. Seçilmiş keramik kütlə (82% Aşağı Güzdək gil, 9% şamot və 9% uçucu kül) əsasında alınmış materialın kimyəvi tərkibi rentgenospektroskopik analiz üsulu ilə öyrənilmişdir. Alınmış kimyəvi analizə əsasən keramik materialın faza tərkibi hesablanmışdir. Həmçinin rentgenoqrafik analiz üsulu vasitəsilə keramik materialın mineroloji tərkibi öyrənilmişdir. Qeyd olunan fizikikimyəvi analiz üsulları vasitəsilə müəyyən olunmuşdur ki, materialın tərkibinin 87.3%-i kristallik fazadan, 12,7 %-i isə amorf fazadan təşkil edilmişdir.

Açar sözlər: klinker kərpici, şamot, uçucu kül, mineroloji tərkib, mullit

;