http://doi.org/1058225/sw.2023.1-75-82 SƏRNİŞİN VƏ YÜK QATARLARININ HƏRƏKƏTİ ZAMANI TORPAQ YATAĞINDA YARATDIĞI DEFORMASİYALARIN TƏDQİQİ Rüstəmov Yaqub Yavər oğlu- t.e.n., dosent, Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrası, Azərbaycan Texniki Universiteti, yaqub.rustemov@student.aztu.edu.az Axundov Qəzənfər Nəsrulla oğlu- baş müəllim, Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrası, Azərbaycan Texniki Universiteti, qezenfer.axundov@student.aztu.edu.az Xülasə. Hərəkət tərkibi rels üzərində irəliləyərkən təkər cütlərinə düşən ağırlıq qüvvəsi relsə oradan şpallara və nəhayyət ballast qatına paylanır. Ballast qatında paylanan bu qüvvələr birbaşa torpaq yatağının əsas meydançasına ötürülür. Bu səbəbdən əsas meydançanın yuxarı səthində yaranan təzyiq qüvvələri torpaq yatağından aşağıya doğru paylanır və getdikcə sönür. Hərəkətin mütamadi təkrar olunması torpaq yatağında deformasiyalar yaradır. Deformasiyaların əmələ gəlməsinə əsas səbəb hərəkət edən tərkibin təsiridir. Bununla yanaşı torpaq yatağında yatmalar, qabarmalar, dağılmalar, uçmalar, sürüşmələr təbii faktorların təsirindən meydana gəlir. Titrədiçi yükün altında olan torpaq yatağının əsasında yaxud yamaçlarında sürüşmələr, səpələnmələr, dağılmalar meydana gəlir. Məqalədə tərkibin statik və sürətli hərəkət halı üçün torpaq yatağında yaratdığı gərginliklər epürü qurulmuşdur. Gərginliklərdən torpaq yatağında yaranan deformasiyaların tədqiqi və gərginliklərin torpaq cisminin yuxarısından aşağıya doğru paylanma qaydası və tökmələrdə qeyri-bərabər çökmələrin yaranma səbəbinin qrunt sıxlıgının az olması ilə əlaqədardır olduğu göstərilmişdir. Açar sözlər: deformasiya, elastiqiyyət modulu, gərginlik, sərtlik, əsas meydança, nahamarlıq, intensivlik, təkər cütləri

;