http://doi.org/1058225/sw.2023.1-69-74 CƏNUBİ QAFQAZ ENERJİ DƏHLİZİNDƏ EKOSİSTEMİN DEQRADASİYASININ POTENSİAL RİSKİNİN QİYMƏTLƏNDİRİLMƏSİ Qurbanov Eldar Ağasalam oğlu- prof., Geomatika kafedrası, AzMİU, eldar_qurbanov_54@mail.ru Məmmədova Leyla Vasif qızı- baş müəllim, Geomatika kafedrası, AzMİU, leyla_mirzoyeva@rambler.ru Piriyev Rölan Fəxrəddin oğlu- baş müəllim, Geomatika kafedrası, AzMİU, rolanpiriyev.rp@gmail.com Xülasə. Cənubi Qafqaz enerji dəhlizi Azərbaycan Respublikası ərazisində yarımsəhra və quruçöl ekosistemindən keçir. Bu ekosistem çox kövrək biosenoz və torpaq örtüyünə malikdir ki, təbii və antropogen təsirlərdən intensiv sürətdə deqradasiyaya uğrayır. Bunun qarşısını almaq üçün enerji dəhlizində ekosistemin deqradasiyasının potensial riskini qiymətləndirmişik. Əldə olunan metodla ekosistemin deqradasiyasının potensial riskini 5 qrupa ayırmışıq: potensial riski olmayan, zəif riskli, orta dərəcədə riskli, şiddətli riskli və çox şiddətli riskli. Tədqiqat göstərir ki, dəhlizdə yayılmış torpaqlar boz-qonur, boz, çəmən-boz və boz-qəhvəyi olmaqla bitki örtüyü isə efemerlər, yovşan, müxtəlif şoran otları və s. ibarətdir. Əkin və çoxillik əkmələr suvarmaya əsaslanır. Suvarmanın düzgün aparılması relyefin çökək hissələrində təkrar şorlaşma meyilliyi yüksək olan sahələrdə isə irriqasiya eroziyasına səbə olur. Otlaqlarda otarmanın düzgün və nizamlı təşkil edilməməsi isə ot örtüyü və torpaqların deqradasiyasını intensivləşdirir. Ekosistemin deqradasiyasının hər bir risk dərəcəsinə uyğun olaraq mübarizə tədbiri hazırlanmalı və tətbiq edilməlidir. Açar sözlər: ekosistem, arid bioiqlim, deqradasiya, risklər, eroziya və şorlaşma

;