http://doi.org/1058225/sw.2023.1-42-54

BAKI ŞƏHƏRİ SƏRNİŞİNDAŞIMA SİSTEMİNDƏ XİDMƏT KEYFİYYƏTİ PARAMETRLƏRİNİN ÇOXFAKTORLU TƏDQİQİ

Piriyev Yaqub Maksim oğlu- t.e.n., dosent, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, yakub_piriyev@mail.ru

Bayramov Razim Paşa oğlu- t.e.n., dosent, Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrası, AzTU, bprazim@gmail.com

Şərifov Valeh Lətif oğlu- t.ü.f.d., baş müəllim, Nəqliyyat və logistika kafedrası, AzMİU, vhsharifov@gmail.com

Xülasə. Məqalədə şəhər sərnişin daşımalarında seçilən əsas müntəzəmlilik parametrlərinin-hərəkət zolaqlarının sayı, dayanacaqdan keçən xətt sayı, xətt uzunluğu, dayanacaqdan günlük avtobus istifadəsi, dayanacaq növü, orta tıxac uzunluğu, dayanacaq sayı, İstismar olunan avtobusların sayı və s. görə regressiya analizi aparılmışdır. Bu məqsəd üçün seçilmiş marşrut Alatava-Moskva pr. (Şamaxinka) dayanacağı Bakı şəhər mərkəzindən şimalda, şəhərin əsas şimal girişində Avtovağzalla şəhər mərkəzini birləşdirən əsas şəhər yolunun–Moskva prospektinin üzərində yerləşir. Məqalədə reqressiya analizindən sonra toplanan bütün qiymətlərin təhlili üçün SPSS16.0 proqramından (bəzi hallarda Mikrosoft Excel proqramının bu funksiyasından) istifadə etməklə çox sayda reqressiya analizi aparılmışdır. Aparılan analizin nəticələrinə əsasən R2=0,155 və 0,377 qiymətlərinin əldə edilməsi, baxılan marşrut üzrə təhlil edilən parametrlərin regressiyasının bir qədər dayanıqlı olmadığı görünür və marşrut üzrə təhlil edilən parametrlərin baxılan mövcuq qiymətlərinə əsasən bu marşrutun xidmət keyfiyyətinin yüksək olması ehtimalını aşağı salır. Faktiki şərtlərlə həmin marşrutun aşağı xidmət keyfiyyəti ilə və nizamsız müntəzəmlik şəraitində fəaliyyət göstərdiyi nəticəsi əldə edilmiş olur. Avtobus marşrutuna dair asılı olan və asılı olmayan texniki parametrlərin bir-birlərindən səmərəli asılılığının olmaması ilə o qənaətə gəlinir ki, baxılan marşrut üçün əsas xidmət keyfiyyətini, müntəzəmliyi və təhlükəsizlik məsələlərini şərtləndirən parametrlərin real qiymətlərinin optimal vəziyyətə gətirilməsi üçün marşrut trassasının və onun texniki elementlərinin zəruri yenilənmələrinə və yenidən planlaşdırılmasına ehtiyac vardır.

Açar sözlər: müntəzəmlilik, xidmət keyfiyyəti, sərnişin məmnuniyyəti, standart meyl, reqressiya analizi, təkdəyişənli, çoxdəyişənli

;