О CONSTRUCTION http://doi.org/1058225/sw.2023.1-36-41 ÇOXMƏRTƏBƏLI MONOLİT DƏMİRBETON BİNALARIN TİKİNTİSİNİN AXIN ÜSULU İLƏ TƏŞKİLİ İMKANLARI Fərzəliyev Sahib Abduləli oğlu- t.ü.f.d., dosent, Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrası, AzMİU, sferzeli@gmail.com Quluzadə Şaiq Ramiz oğlu- baş müəllim, Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrası, AzMİU, shaiq-quluzade@mail.ru Xülasə. Respublikamızda çoxmərtəbəli monolit dəmirbeton binaların tikintisi yüksək inkişaf tempinə malik olmaqla yanaşı gələcək inkişaf üçün də yaxşı potensiala malikdir. Bu bir sıra sosial-iqtisadi məsələlər sırasında ucuz mənzil bazarının təşkil edilməsində mühüm əhəmiyyət kəsb edir. Çoxmərtəbəli monolit dəmirbeton binaların tikintisi işlərinin fasiləsizliyini və resurslardan səmərəli istifadəsinin təmin etməsi axın nəzəriyyəsinin tətbiqi ilə mümkündür. Bu tikinti proseslərinin zaman və məkanda əlaqələrini müəyyən edir, onlar arasında olan vaxt ehtiyyatlarını ortaya çıxarır ki, bu da tikinti istehsalatının səmərəli idarə edilməsini təmin edir. Çoxmərtəbəli monolit dəmirbeton binaların tikintisində tikinti işlərinin yerinə yetirilməsinin fasiləsizliyini təmin etmək üçün axın üsulunun tətbiqi vacibdir, lakin bu nəzəriyyənin tətbiqi metodikası kifayət qədər işlənib hazırlanmamışdır. Çoxmərtəbəli monolit dəmirbeton binaların tikinitisinin axın üsulu ilə təşkilinə təşkilati- texnoloji faktorlarla yanaşı təsadüfi faktorların təsiri də kifayət qədər təhlil edilməmişdir. Ona görə də monolit dəmirbeton karkas binaların təşkilati- texnoloji layihələndirilməsinin elmi, nəzəri əsaslarının olmaması bu binaların tikintisinin axın üsulu ilə təşkili imkanlarının araşdırılmasını zəruri edir. Açar sözlər: çoxmərtəbəli monolit dəmirbeton, tikinti istehsalatı, axın üsulu, əmək tutumu, tikinti müddəti

;