http://doi.org/10.58225/sw.2023.1-5-10

İRİ ŞƏHƏRLƏRDƏ MÜASİR PARKLARIN DAYANIQLI REKREASİYA POTENSİALI

Mustafayeva Fidan Vaqif qızı– m.ü.f.d., Memarlığın əsasları kafedrası, AzMİU, fidan.mustafayeva@azmiu.edu.az

Annotasiya. Məqalədə Azərbaycanın ən iri şəhəri Bakı və dünyanın inkişaf etmiş iri şəhərlərində müasir parklar, onların şəhər strukturunda dayanıqlı rekreasiya potensialı, ətraf ərazilərdə mikro, makro iqlim formalaşdırması məsələsi tədqiq olunur. Tədqiqat prosesində iri şəhərlərdə (Bakı şəhəri timsalında) mövcud rekreasiya zonalarının sahəsi, funksionallığı, mövcud olduğu ərazinin iqlim göstəricilərinə olan təsiri müqaisə edilib, müəyyən olunmuşdur. Təhlillərin nəticəsi olaraq iri şəhərlərin parklarının rekreasiya potensialının miqyası təyin olunur. Həmçinin, gələcəkdə dayanıqlı rekreasiya zonaları xüsusilə, parkların layihələndirmə və yenidənqurma prosesində əsas diqqət yetirilməli məqamlar müəyyən edilmişdir. Ümumi olaraq belə nəticəyə gəlirik ki, Bakı şəhərində dayanıqlı inkişaf potensialına malik layihələndiriləcək və ya mövcud genişsahəli rekreasiya zonaları daha dəqiq desək, parkların dayanıqlı inkişafı üçün layihələndirmə və yenidənqurma mərhələsində funksional müxtəliflik və landşaft həllinə xüsusi diqqət yetirilməlidir. Həmçinin fiziki məhdudiyyətli insanların park boyunca rahat hərəkət etməsi üçün yollar, inklüziv zonalar və parkın digər funksional zonaları arasında rahat hərəkət sistemi layihələndirilməlidir. Əgər inkluziv zonalar mövcud deyilsə, növbəti illərdə onları parkların funksional sxeminə daxil etmək vacibdir.

Açar sözlər: iri şəhərlər, müasir parklar, Bakı şəhəri, mikro və makro iqlim, dayanıqlı rekreasiya zonaları, landşaft həlli, urbanizasiya prosesi, inkluziv zonalar

;